19 Aprel 20:07
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanın özünü müdafiə hüququna Ukraynadan kənarda qanuni hərbi obyektlərin vurulması da daxildir".

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının bugünkü iclasının yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"Rusiyanın apardığı təcavüzkar müharibədir və Rusiya öz qonşusuna hücum edib. Ukraynanın özünü müdafiə hüququ var və buraya Ukraynadan kənarda qanuni hərbi obyektlərin vurulması da daxildir. Ukraynaya hücum edən təyyarələrin vurulması Ukraynanın özünümüdafiə hüququnun bir hissəsidir", - o qeyd edib.

NATO Baş katibi deyib ki, Ukraynanın müxtəlif səviyyələrdə havadan müdafiə sistemləri var ancaq bu kifayət deyil, onlara daha çox və hərtərəfli havadan müdafiə sistemləri lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər