21 Aprel 01:19
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barbados Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Barbados xarici işlər naziri Kerri Simmonds məlumat verib.

Simmonds ölkəsinin Fələstini bir dövlət kimi tanımamasını tənqid edib və bu səhvi düzəltməyin vaxtının çatdığını vurğulayıb:

“Həmişə BMT-də çıxış etmişik ki, münaqişənin iki dövlət əsasında həlli olmalıdır. Amma bunu dünyaya desək də, Fələstini bir dövlət kimi tanımırdıq, bir uyğunsuzluq vardı. Fələstini bir dövlət kimi tanımadığımız halda necə ikidövlətli həll tələb edə bilərdik?”

Xarici işlər naziri bu qərarın Barbadosun İsraillə əlaqələrinə təsir etməyəcəyini də bildirib.

Fələstinin BMT-dəki missiyası buna görə Barbadosa təşəkkür edib.

Barbados Fələstini dövlət kimi tanıyan BMT-yə üzv olan 193 ölkədən 140-cısıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər