21 Aprel 00:02
2 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım göstərmək qərarını şərh edərkən, özünün teleqram kanalında Rusiyanın qələbəsinə əmin olduğunu yazıb.

Teleqraf.com bunu Rusiya mətbuatına istinadən xəbər verir.

“Əlbəttə, 61 milyard dollara baxmayaraq, biz qalib gələcəyik. Güc və həqiqət arxamızdadır”, - Medvedev yazıb.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Kiyevə təxminən 61 milyard dolların ayrılmasını nəzərdə tutur.

İsrail və Tayvana hərbi yardım göstərilməsi və Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi haqqında qanun layihələri də təsdiq edilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər