29 Aprel 09:58
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

Dövlət katibinin Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com