29 Aprel 11:53
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika hərbçiləri bazar günü Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

“Aprelin 28-də gecə saatlarında ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatı vurub”, - deyə məlumatda bildirilir. Bu tədbirlərin beynəlxalq sularda təhlükəsizliyinin artırılması məqsədilə həyata keçirildiyini vurğulayan CENTCOM vurulan dronların kimə məxsus olduğu açıqlamayıb.

Qeyd edək ki, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb. Əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər