17 May 16:08
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günlərdir İrəvanda hakimiyyət əleyhinə aksiya keçirən revanşist keşiş Baqrat Qalstanyan rəhbərlik etdiyi hərəkatın uğursuzluğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, keşiş Baş nazir Nikol Paşinyanın istefasını tələb etməkdə tələskənliyə yol verdiklərini söyləyib.

Jurnalistlər Baqratdan müxalifətlə baş nazir namizədinin seçilməsi məsələsində yekun konsensusun olub-olmadığını soruşublar. Keşiş aydın cavab vermədən bildirib ki, bu suallar ona yox, partiyalara, siyasətçilərə, hüquqşünaslara, konstitusiya mütəxəssislərinə ünvanlanmalıdır.

Məsələn, “Milli Gündəm” Partiyasının sədri Avetik Çələbyanın namizədliyi ilə bağlı təklifin olub-olmaması ilə bağlı suala Baqrat “yox” cavabını verib.

Qalstanyan mayın 9-da Paşinyana postunu tərk etmək üçün əvvəlcə 1 saat, sonra 20 dəqiqə vaxt verməsi ilə bağlı suala cavabında tələskənlik etdiyini etiraf edib.

“Bəli, tələsdik”, - Baqrat müvafiq suala cavabında bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər