31 Yanvar 2015 06:00
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə ABŞ rəsmilərinin Ukraynaya səfərlərinin intensivləşməsi diqqətdən yayınmır. Belə ki, bir müddət əvvəl bu ölkənin vitse-prezidenti Co Bayden Kiyevə rəsmi səfərə gəlmişdi. Dövlət katibi Con Kerri isə fevralın 6-da Ukraynaya səfər edəcək.

Teleqraf.com-un “Korrespondent.net” saytına istinadən məlumatına görə, səfərdə məqsəd Donbasda vəziyyətin gərginləşdiyi fonunda Ukraynaya dəstək nümayiş etdirməkdir.

Məlum olduğu kimi, fevralın 3-də Venesiya komissiyasının nümayəndələri Kiyevə işgüzar səfər edəcək.

Xatırladaq ki, Rusiya mətbuatında C. Kerrinin fevralın əvvəlində Rusiyaya səfərinin gözlənildiyi barədə xəbər yayılsa da ABŞ-ın Moskvadakı səfirliyi məlumatları təkzib etmişdi.


Müəllif:

Oxşar xəbərlər