7 May 01:24
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın davam etdirilməsi barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.

Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqlədiyi barədə məlumat verib.


Müəllif: Teleqraf.com