8 May 10:13
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşürlər.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a fransalı hərbi müxbir Kristel Nean deyib.

Onun sözlərinə görə, onlar muzdlular və ya Fransa ordusunun keçmiş hərbçiləri ola bilər:

“Tam əminəm ki, Ukraynada döyüş meydanında artıq fransız əsgərləri var. Çünki “Sezar” özüyeriyən silahların ekipajları təlim keçmədən Ukraynaya gedə bilməz.

Üç həftəlik məşqdən sonra özüyeriyən silahlardan istifadə edə bilməzsiniz, bu, mümkün deyil. Bu o deməkdir ki, bu silahları daha təcrübəliləri istifadə edirlər. Bəllidir ki, onlar artıq döyüşmüş, özüyeriyən silahlardan istifadə etmiş insanlardır, yəni fransız muzdluları və ya keçmiş hərbçilərdir. Ona görə də düşünürəm ki, artıq döyüş meydanında fransız əsgərləri var”.

Nean qeyd edib ki, bunu Xarkovda muzdlulara hücumdan sonra Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması da göstərə bilər. O əlavə edib ki, hazırda Ukraynada Fransadan kiçik qruplar ola bilər, çünki bu, Paris üçün daha az risk yaradır.

“İndi böyük bir qrup göndərmək Makron üçün böyük bir mənfi olacaq. Kütləvi şəkildə ölsələr, cavab verməli olacaq”, - Nean vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl söyləmişdi ki, Rusiya ordusu cəbhə xəttini yarıb keçəcəyi və bundan sonra Kiyev tələb edəcəyi təqdirdə, Ukraynaya qoşun yeridilməsi məsələsinə baxa bilərlər. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bir addımın ölkəsinə savaş açmaq demək olacağını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu