8 May 11:35
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ukraynanın ali rəhbərliyinin bir sıra nümayəndələrinə, o cümlədən Prezident Vladimir Zelenskiyə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatı şərh edib.

Teleqraf.com xəbər verir ki, buna görə Rusiya hakimiyyətini ittiham edən ABŞ rəsmisi bunun etik olmadığını bildirib.

“Bəllidir ki, bu, müharibə başlayandan bəri Vladimir Putin hökumətindən gördüyümüz qeyri-etik davranışlardan bəhs edir”, - Miller deyib.

Xatırladaq ki, dünən Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya tərəfinin təhlükəsizlik orqanları da daxil olmaqla, ukraynalıları işə cəlb etməklə Prezident Vladimir Zelenski, Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov və bir sıra digər yüksək vəzifəli şəxslərin qətlini planlaşdırdığını iddia edən bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, iş çərçivəsində artıq iki polkovnik həbs olunub.

Rusiya Daxili İşlər Nazirliyi ötən həftə Zelenski və Ukraynanın digər hərbi-siyasi rəsmiləri barədə axtarış elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu