8 May 13:46
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin beynəlxalq təcriddən çıxmağa çalışarkən, Moldovanın keçmiş prezidenti İhor Dodon kimi köhnə dostlarının da dəstəyini itirir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Aleksey Qolubutski deyib.

“Rusiyanın inauqurasiyadan sonrakı hücumu ərəfəsində sərhədimizin digər istiqamətində qeyri-müəyyən gəlişmələr barədə də müəyyən məlumatlar yayılır. Həmin məlumata görə, Dodon bir neçə həftə əvvəl Böyük Britaniya səfiri ilə görüşüb.

Bəzi mənbələr bu görüşdə tamamilə gözlənilməz açıqlamanın verildiyini iddia edirlər. Guya Dodon britaniyalılara söz verib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynanın Dnestryanıda rus qoşunlarına qarşı hərbi əməliyyatına mane olmayacaq. Əgər bu doğrudursa, bizim üçün çox ciddi məsələdir. Çünki Odessa vilayətinin arxa tərəfindəki Rusiya anklavının ləğvi çoxdan gecikir”, - Qolubutski bildirib.

Ekspertin iddiasına görə, əvvəllər Krımı “Rusiya ərazisi” adlandıran Moldovanın keçmiş lideri indi fikrini dəyişib:

“Bu, çox maraqlı tendensiyadır, təcrübəli Putinin orbitində olanlar öz himayədarlarından uzaqlaşmağa çalışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu