Belorusun xarici işlər naziri Vladimir Makey prezident Aleksandr Lukaşenkonun tapşırığı ilə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma ilə görüşüb. Qeyd edək ki, Kuçma Ukraynadakı münaqişənin nizamlanması üzrə kontakt qrupunun danışıqlarında iştirak etmək üçün Minskə səfər edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Makey və Kuçma münaqişə bölgəsindəki vəziyyəti, onun regional və beynəlxalq siyasətə təsirini və böhrandan çıxmağın yollarını müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna XİN Minskdə münaqişənin çözümü ilə bağlı danışıqlara hazır olduğunu bildirib.
Nihad