17 May 16:16
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Gürcüstanla danışıq tonu, ölkələr arasında strateji tərəfdaşlıq şəraitində təhdid və şantaj qəbuledilməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Tiflis şəhərinin meri Kaxa Kaladze deyib.

“Strateji tərəfdaşlıq şəraitində təhdidlər və şantajlar sadəcə ağlasığmazdır. Sanksiya Avropa dəyərdirmi?”, - mer bildirib.

Kaladze əlavə edib ki, Gürcüstan hökuməti Qərbin sanksiyalarından qorxmur.

Bundan əvvəl ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn bəyan etmişdi ki, Vaşinqton “Xarici agentlər haqqında” qanunun qəbulu prosesində demokratiyanın zədələndiyi sübut olunarsa, Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər