17 May 17:28
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev uşaq istismarçıları, ekstremizm və terrorizmlə məşğul olan şəxslərin ölkəyə girişini qadağan edən qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Ekstremizm və ya terror təşkilatında iştirak edən, təkrar cinayətlər törətmiş, mütəşəkkil cinayətkar dəstədə rəhbər vəzifə tutan, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş şəxslərin ölkəmizə girişi qadağan edilib”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər