18 May 01:02
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbçiləri Livanda “Hizbullah" təşkilatının döyüş qanadının obyektlərinə yeni hava zərbələri endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin nəzarətində olan Holan yüksəklikləri istiqamətində atəş üçün istifadə olunan Deyr-Siryan qəsəbəsi ərazisindəki buraxılış qurğusuna zərbə endiriblər.

Bundan əlavə, İsrail qırıcı aviasiyası "Hizbullah"ın Livanın cənubundakı Kfar-Hammam və El-Edeys yaşayış məntəqələrinin yaxınlığında yerləşən hərbi kompleksinə və əməliyyat infrastrukturuna da hücum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər