17 May 23:17
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.

Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər