18 May 08:15
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Teleqraf.com xəbər verir ki, Britaniya hökuməti Şimali Koreyanın bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq edib, onların aktivlərini dondurub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə etmək qərarını pisləyib.

ABŞ isə bu həftənin əvvəlində Ukraynada istifadə üçün ballistik raketlər də daxil olmaqla, Rusiya ilə Şimali Koreya arasında silah ötürülməsini asanlaşdıran üç rus şirkətinə və iki Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər