18 May 08:00
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekin mərkəzində, Çuyski prospekti ilə Kurmanjan Datka küçəsinin kəsişməsində minə yaxın insan toplaşıb.

Teleqraf.com xəbər verir ki, daxili qoşunlar vətəndaşların toplaşdığı küçəni mühasirəyə alıb. Bildirilir ki, mühasirəyə alınan Çuyski prospekti ilə 7 aprel küçəsinin kəsişməsində təhlükəsizlik qüvvələri dayanıb.

Xatırladaq ki, mayın 13-də əcnəbilərin yaşadığı Bişkek hostellərindən birinin həyətində onların iştirakı ilə dava baş verib. İğtişaşlar zamanı bir neçə yerli sakin döyülüb. Bu gün insanlar etiraz əlaməti olaraq həmin hostelin qarşısına toplaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər