18 May 09:50
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə qarşı ABŞ silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması xahişi ilə Ağ Evə müraciət edib.

Teleqraf.com xəbər verir ki, “The Wall Street Journal” rəsmi mənbələrə istinadla müraciət ötən həftə edildiyi və baxılma mərhələsində olduğunu yazır.

Amerikalılar razılaşarsa, bu, uzun müddətdir ABŞ və Rusiya arasında Ukraynaya dəstək məsələsində hərbi eskalasiya riskini azaltmağa çalışan Vaşinqtonun siyasətində böyük dəyişiklik demək olardı.

“Rusiyaya zərbə endirmək üçün ABŞ-dən kömək istədilər. Bu, konkret silah sistemləri ilə bağlı yox, Rusiyaya zərbə endirmək üçün əlavə yardıma aiddir”, - ABŞ Hərbi Hava Qüvvələrinin generalı Si Key Braun bildirib.

Nəşr xatırladır ki, ABŞ Ukraynaya raket kompleksləri və ATACMS kimi sistemləri Rusiyaya hücum üçün istifadə olunmamaq şərti ilə verib. Qeyd edilir ki, Ukraynanın razılaşdığı bu şərt münaqişənin ABŞ və Rusiya arasında birbaşa qarşıdurmaya çevrilməsi riskini azaltmaq məqsədi daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər