18 May 13:37
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal sağçı siyasətçi Andre Venturanın sözləri Portuqaliya parlamentində müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, “Çeqa” partiyasının lideri Ventura Portuqaliya hökumətinin bu həftə elan etdiyi yeni Lissabon hava limanının 10 ildən az müddətdə tikilməli olduğunu bildirib.

İstanbul hava limanını misal göstərən siyasətçi türkləri “tənbəl” adlandırıb:

“Türklər dünyanın ən zəhmətkeş xalqları arasında deyil, amma İstanbul hava limanını 5 ildə tikdilər. Biz niyə limanın tikintisinə 10 il vaxt sərf eləməliyik?”

Venturadan sonra çıxış edən deputat Fabian Fiqeyredo həmkarının sözlərinə görə türklərdən üzr istəyib: “Parlament çərçivəsində belə ümumiləşdirmələr aparıla bilməz. Türkiyə səfirindən üzr istəyirəm”.

Solçu deputatlar da parlament sədri Xose Pedro Aqiyar-Brankodan Venturanın sözlərini qınamasını istəyiblər. Ancaq spiker deputatların senzuraya məruz qala bilməyəcəklərini söyləyərək, bunun demokratik olmadığını qeyd edib.

“Çeqa”populist ritorika ilə fəaliyyət göstərən radikal millətçi partiyadır. Miqrant əleyhdarı olduğu da bilinən “Çeqa” bu ritorika ilə son seçkilərdə 50 mandat qazanaraq Portuqaliyanın üçüncü ən böyük siyasi partiyası olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər