18 May 13:15
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novorossiysk şəhərində “Kirilivska ” yarımstansiyası yanır. Şəhərdə 20 mindən çox sakin işıqsız qalıb.

Teleqraf.com xəbər verir ki, şəhər meri Andrey Kravçenko yanğınla bağlı məlumat verib.

Yanğının səbəbinin müəyyən edilmədiyi bildirilir. Yerli sakinlər gecə saatlarında dron səsləri eşitdiklərini bildiriblər. Məlumat dəqiqləşdirilir.

Yanğın səbəbindən Novorossiyskdə 20 mindən çox sakin işıqsız qalıb. Hazırda yanğının aradan qaldırılması ilə bağlı iş gedir.

Bir sıra Teleqram kanalı stansiyanın PUA-larla vurulduğunu yazırlar.

Mayın 16-da gecə saatlarında Novorossiyskdə güclü partlayışlar baş verib. Bəzi mənbələr bundan sonra dron hücumları barədə məlumat yayıb. Novorossiyskin ən azı 30 PUA hücumuna məruz qaldığı, xüsusən də “Qazprom”un neft və mazut terminalları ərazisində yerləşən iki yanacaq çəninin vurulduğu bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər