21 May 08:28
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı “Hizbullah” partiyasının silahlı birləşməsinin səhra komandirlərindən birini Livanın cənubunda zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, Deyr-Qanun bölgəsində müdafiəyə cavabdeh olan Qasem Saqlavi motosikletlə hərəkət edən zaman PUA ilə vurulub. Onu müşayiət edən daha bir yaraqlı da məhv edilib.

Bundan əvvəl İsrail hərbçiləri Livanın cənubunun şərq və qərb sektorlarında “Hizbullah”ın atəş mövqelərinə havadan hücum edib. Mays əl-Cəbəl və Rəs əl-Nəqurada ən azı dörd silahlı öldürülüb.

“Naharnet” xəbər portalının məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri Livanın cənubunda hava hücumları və top atəşləri nəticəsində “Hizbullah” və Fələstin qüvvələri 478 yaraqlısını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər