21 May 08:42
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya hökuməti mayın 13-dən iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan öz vətəndaşlarını təxliyə etməyə başlayır.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Numeadan Oklendə uçuşlar planlaşdırılır:

“Yeni Kaledoniyadakı vətəndaşlarımız çətin bir neçə gün keçirdilər və onları evə çatdırmaq hökumətin əsas prioritetidir. İlk uçuş mayın 21-nə planlaşdırılıb. Yaxın günlərdə daha çox uçuş təşkil etmək üçün Fransa və Avstraliya ilə işləyirik”. Yeni Zelandiya Konsulluğu növbəti uçuşlar üçün tam sərnişin siyahıları hazırlayacaq.

Avstraliya da Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək üçün iki uçuş həyata keçirəcək. Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib:

“Avstraliya vətəndaşlarını və digər ölkələrdən gələn turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki reys həyata keçirməyə icazə almışıq. Xarici İşlər Nazirliyi konsulluqda qeydiyyatda olan avstraliyalılarla əlaqə saxlayır və repatriasiya ehtiyaclarına əsasən sərnişinlər ayırır”.

Nazir həmçinin qeyd edib ki, Avstraliya hökuməti ehtiyacı olan hər kəsin Yeni Kaledoniyadan təxliyə edilməsinə imkan verəcək əlavə uçuşların təşkili üzərində işləməyə davam edir.

Hazırda 300 Avstraliya vətəndaşı konsulluqdan qeydiyyatdan keçib və iğtişaşlar başlayandan sonra vətənlərinə qayıtmaq üçün kömək istəyib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər