21 May 12:48
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İran Prezidenti İbrahim Rəisinin ölümündən danışıb.

Teleqraf.com xəbər verir ki, MHP lideri prezidentin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı bəzi məqamların aydınlaşdırılmasına ehtiyacın olduğunu deyib.

“Ətrafımızda iç-içə olan hadisələr baş verir. Helikopter qəzası İran lideri və onunla birlikdə olan hər kəsin həyatını itirməsi və qlobal gərginliyin artmasına səbəb olub. Allahdan rəhmət diləyir və İrana başsağlığı verirəm. Bunun qəza, yoxsa təxribat olduğunu bilmirəm, amma regional sülh naminə gerçəyin ən qısa vaxtda aydınlaşdırılması zəruridir. Rəisinin ölümü aydınlaşdırılmalıdır”, - Baxçalı söyləyib.

MHP lideri qəzaya uğrayan helikopterin tapılmasında Türkiyənin “Akıncı” PUA-ları və Ankaranın roluna da diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər