21 May 15:03
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə kəskin leykoz diaqnozu qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya hökumətinin açıqlamasında deyilir.

“Birinci xanım Əsma Əsəddə bir sıra simptomlar və klinik əlamətlər aşkar edildikdən və kompleks tibbi müayinələr aparıldıqdan sonra kəskin leykoz diaqnozu qoyulub”, - məlumatda deyilir.

Suriyanın birinci xanımı müalicə çərçivəsində müvafiq sosial məsafəni qoruyacaq və müvəqqəti olaraq kütləvi tədbirlərdə iştirak etməyəcək.

Əsma Əsədə 2018-ci ilin avqustunda erkən mərhələdə bədxassəli şiş (döşdə) diaqnozu qoyulub. 2019-cu ilin yanvarında həkimlər uğurlu əməliyyat keçiriblər. Həmin ilin avqustunda prezidentin ofisi məlumat vermişdi ki, Əsma Əsəd xəstəliyə qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər