21 May 16:50
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda baş verən helikopter qəzası ölkənin daxili dinamikasının dəyişməsinə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin prezidenti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, İbrahim Rəisi İranın dini lideri Əli Xameneyinin varisi idi:

“Ümid edirəm ki, bu qəzadır. Qəza yox, kənar müdaxilə ilə baş vermiş olaydırsa, İranın daxili dinamikasına böyük təsir göstərəcək. Rəisi İran siyasəti, geosiyasi strukturu və strategiyasının yenidən qurulmasında iştirak edən son dərəcə mühüm fiqur idi. Bəzi insanlar bu qəza haqda nəsə düşünməyimizi istəyə bilər. Dağda duman var, amma deyəsən, dumanın altında da duman var”.

Ağarın fikrincə, qəzaya uğrayan helikopterə çatmağın mümkün olmaması çox şeydən xəbər verir: “İran daxilində hakimiyyət mübarizəsi gedir. Rəisinin bu iqtidar mübarizəsində müəyyən etdiyi oxu və rəqiblərin bu ox vasitəsilə uzaqlaşdırılmasını əks etdirən başqa bir mənzərə də var”.

Analitik əlavə edib ki, İranın siyasi gələcəyinin formalaşması prosesi ilə üz-üzəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər