21 May 22:49
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya xarici işlər naziri Xose Manuel Albares Argentina Prezidenti Xavyer Milleyin İspaniya Baş nazirinin həyat yoldaşı Beqonya Qomesi korrupsioner adlandırmasından sonra bu ölkə ilə əlaqələrin kəsiləcəyini istisna etməyib.

Teleqraf.com xəbər verir ki, nazir bu addımı atmamaq üçün Argentina liderindən üzr gözlədiklərini bildirib.

“Açığı, biz bu addımları atmaq istəmirik, amma publik üzr olmasa, atacağıq”, - Albares İspaniya hökumətinin Argentina ilə münasibətləri kəsmək barədə düşünüb-düşünmədiyi sualına cavab verərkən deyib.

Mayın 19-da Milley İspaniyanın radikal sağçı Vox Partiyasının Madriddə keçirilən qurultayında çıxış edərək, İspaniya baş nazirini xanımına qarşı korrupsiya ittihamlarına dərhal cavab vermədiyinə görə tənqid edib. İspaniya artıq Argentinadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər