21 May 22:23
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Argentina paytaxtı Buenos-Ayresdəki səfirini həmişəlik geri çağırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Argentina Prezidenti Xavyer Mileyin ölkənin Baş naziri Pedro Sançesin həyat yoldaşına söylədiyi fikirlərə görə üzr istəməkdən imtina etməsi olub.

Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib.

"Səfirin geri çağırılması o deməkdir ki, səfirlik fəaliyyətini müvəqqəti işlər vəkili səviyyəsində davam etdirəcək. Argentina İspaniyanın Buenos-Ayresdəki səfiri olmadan fəaliyyətini davam etdirməli olacaq", - deyə xarici işlər naziri bildirib.

Qeyd edək ki, daha əvvəl İspaniya səfərindən qayıdan Xavyer Miley İspaniyanın baş nazirinin həyat yoldaşı Beqonya Sançesi "korrupsioner" adlandırmışdı. Argentina prezidenti dediyi sözlərə görə üzr istəməkdən imtina edib və hücuma məruz qalanın özü olduğunu deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər