21 May 22:10
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyanın baş naziri Marsel Çiolaku ilə birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, bununla bağlı qayda həyata keçirilib.

“Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Rumıniya vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə ölkəmizə səyahət etmək imkanı verəcək qaydanı həyata keçirmişik”, - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər