21 May 23:42
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın baş naziri Donald Tusk respublikadakı vəziyyətə "Rusiya və Belarusun təsirini" araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, komissiyaya Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri general Yaroslav Strujik sədr təyin edilib.

"Mən 2004-2024-cü illərdə Polşa Respublikasının daxili təhlükəsizliyinə Rusiya və Belarusun təsirini araşdırmaq üçün xüsusi komissiyanın çağırılması barədə göstəriş verdim", - hökumət başçısı Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər