22 May 00:23
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim partiyası ABŞ konqresmeni Co Uilsonun qanunvericilik təşəbbüsünü şantaj adlandırıb.

Teleqraf.com xəbər verir ki, "Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradzeyə görə, "xarici agent haqqında" qanun ticarət obyekti deyil, Gürcüstanın satılması mümkün olmayan suverenliyini qorumaq vasitəsidir:

"Onlar deyir ki, ABŞ Gürcüstan "xarici agentlər haqqında" qanunu ləğv etməsə, viza rejimi və güzəştli ticarətin ləğvi imkanlarını nəzərdən keçirəcək. Vaşinqton gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər. 2020-ci ildən bəri qərbyönlü QHT-lərin iki dəfə inqilab etməyə cəhd etdiyini xatırlatmaq istəyirəm" - katib bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər