22 May 08:42
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiya hökuməti mayın 22-də Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcək.

Teleqraf.com xəbər verir ki, Baş nazir Simon Harris və xarici işlər və müdafiə naziri Mixol Martin bu səhərə planlaşdırılan media çıxışı zamanı qərarı açıqlayacaqlar.

Daha əvvəl M.Martin "Newstalk" radiosuna müsahibəsində demişdi ki, İrlandiya bu ayın sonuna qədər Fələstin ərazilərini müstəqil dövlət kimi tanımaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər