22 May 09:49
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya ərazisində Amerika silahlarından istifadə olunmaması ilə bağlı mövqeyini dəyişməyib.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder Ukraynanın Rusiya ərazisinə hücum ehtimalına Vaşinqtonun münasibətini şərh edərkən deyib.

“Müdafiə naziri (Lloyd Ostin) siyasətimiz dəyişmədiyini bildirib”, - sözçüsü qeyd edib.

Rayderin sözlərinə görə, ABŞ Ukrayna ordusunu öz əraziləri daxilində müdafiə etmək üçün lazım olan vasitələrlə təmin edir, Rusiya ərazisinə hücum etmək üçün yox...

Prezident Vladimir Zelenski bundan əvvəl söyləmişdi ki, Qərb silahlarından Rusiya ərazisinə zərbələrin endirilməsi üçün istifadə olunmayacağından arxayın olan ruslar Ukraynanı rahat şəkildə vurmaqda davam edirlər. Onun sözlərinə görə, Kiyev dəfələrlə ABŞ Prezidenti Co Bayden və digər ölkələrin liderlərini verdikləri silahlardan müdafiə üçün istifadə etməyə icazə verməyə çağırıb.

Dünən amerikalı konqresmenlər Lloyd Ostinə Ukraynanın müəyyən şərtlər daxilində Rusiyadakı strateji hədəflərə zərbə endirməsinə icazə verilməsi xahişi ilə rəsmi müraciət ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər