23 May 10:05
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən pis ssenaridə Ukrayna müharibədən 25 milyon insanla çıxa bilər. Ancaq ölkəni tərk edənlərin sayı ilə müqayisədə cəbhədə itkilər az olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun baş direktoru Vladimir Paniotto deyib.

“Demoqrafik vəziyyətimiz çox pisdir. Eyni zamanda, cəbhədə həlak olanların sayı xaricə gedən və qayıtmağı düşünməyənlərin sayı ilə müqayisə olunmazdır”, - sosioloq bildirib.

Paniotto qeyd edib ki, hazırda 6 milyona yaxın ukraynalı qaçqın kimi Avropa, 1-2 milyonu isə Rusiyadadır. Hesablamalara görə, Ukraynaya heç vaxt qayıtmayacaqların sayı hər ay 100-150 min nəfər artır.

“Deməli, demoqrafik baxımdan əsas itkilərimiz geri qayıtmayacaq insanlardır. Demoqraflar deyirlər ki, ən pis ssenaridə müharibədən sonra təxminən 25 milyon insanımız qala bilər. Ancaq müharibənin nə vaxt bitəcəyini heç kim bilmir”, - Paniotto vurğulayıb.

Onun sözlərinə görə, gedənlərin geri dönmək istəməməsi Ukraynada qalan vətəndaşların onlara qarşı mənfi münasibəti daha da gücləndirir: “Hələlik bu neqativlik sosial şəbəkələrdə görünür, sosial sorğularda o qədər də hiss olunmur. Amma qaçqınlar da eyni sosial şəbəkələrdən istifadə edir və hər şeyi görürlər”.

Müharibədən əvvəlki statistikaya görə, Ukrayna əhalisinin sayı 38 milyondur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər