23 May 15:13
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İran Baş Qərargahı qəzada həyatını itirən prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopterin qalıqlarını “Akıncı” PUA-sı yox, İran dronlarının tapdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İranın bu iddiasına cavab verib.

“Türkiyə çətin günlərində İranın köməyinə gəldi, mehriban qonşuluq və dostluq istəklərini yerinə yetirdi. Həmin gün baş verənləri müdafiə nazirimiz (Yaşar Gülər) saatbasaat izah edib. Hər kəs axtarış səylərini sosial mediada canlı izləyib. Burada fəxr etməli olduğumuz üç mühüm məqam var: fövqəladə vəziyyətlərdə dövlət qurumlarımızın koordinasiyalı və çevik reaksiyası, yerli müdafiə sənayemizin, xüsusən də PUA texnologiyasında çatdığı nöqtə və əldə etdiyimiz bacarıq və qabiliyyətlər, bu sayədə Türk Silahlı Qüvvələrinin bu yerli imkanlar və texnologiyadan istifadə etmə bacarığı”.

Türkiyə müdafiə naziri Yaşar Gülər də bundan əvvəl qəzaya uğrayan helikopterin yerinin “Akıncı” PUA-sının təsbit etdiyini açıqlamışdı. Dünyanın canlı yayımda izlədiyi bu olayı İran təkzib etməyə çalışsa da, ortadakı faktlar başqa məqamlardan xəbər verir.


Müəllif: Mənsur Rəğbətoğlu