23 May 16:52
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər ikitərəfli münasibətlərdəki normallaşmaya baxmayaraq, Türkiyəyə qarşı təxribatçı iddialarını davam etdirən Yunanıstan müdafiə naziri Nikos Dendias yenə absurd çıxışla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, yunan nazir parlamentdəki çıxışında Türkiyənin Yunanıstana qarşı münasibətini “ekzistensial təhlükə” kimi qiymətləndirib.

“Təkcə suveren hüquqlar yox, həm də suveren status və azlıqların təyin edilməsinə dair beynəlxalq müqavilələrə meydan oxuyan qonşu ölkə varsa, bu, açıq şəkildə ekzistensial təhlükədir. Ölkəmizin hüquqi və coğrafi sərhədləri də təhlükə altındadır. Qonşu ölkə Türkiyə ilə son zamanlar ritorikadakı yumşalma və isti iqlimi, əlbəttə, alqışlasaq da, buna hazır olmalıyıq”, - Dendias əsassız iddiaları ilə bağlı xəbərdarlıq edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin mayın 13-də Ankaraya səfəri öncəsi verdiyi açıqlamada iki ölkə arasında suverenlik məsələsinin müsbət gündəmin irəliləməsinə maneə olmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər