23 May 22:43
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ərazisindəki hədəflərə qarşı NATO silahlarından istifadə üçün icazəyə ciddi ehtiyac duyur. Bu, Sumı, Xarkov və Çerniqov vilayətlərində sərhədləri qorumağa imkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Onun sözlərinə görə, bu istiqamətdəki rus qoşunlarının əhəmiyyətli hissəsi Rusiya ərazisindədir və hər an Ukraynaya hücum edə bilərlər:

“Ruslar artıq Xarkovda sərhədi keçərək müdafiə xəttində möhkəmləniblər. Bu tapşırığı 10 minə yaxın rus yerinə yetirib. Ümumi sayları 30 mindir, 20 min də dəstəkçi qüvvələri var. Yəni Rusiya ərazisində olan bu 20 min nəfər Xarkov vilayətindəki 10 min rusun təhlükəsizliyini təmin edir. Bu 20 min Rusiya ərazisində özlərini sərbəst hiss edirlər, çünki onlara qarşı NATO silahlarından istifadə etmək imkanımız yoxdur”.

O qeyd edib ki, bu qüvvələri Rusiyanın 40-50 km dərinliyində yerləşir və onları HIMARS və digər Qərb silahları ilə vurmaq üçün Ukrayna hərbçilərinin Rusiya ərazisində əməliyyat keçirmələrinə icazə lazımdır:

“Bununla sərhədlərimizi qoruya bilərik, amma belə bir icazəmiz yoxdur. Eyni mənzərə Sumı vilayətində də hökm sürür - təxminən 10 min rus əsgəri var. Sumıda müəyyən təzyiq yaratmaq üçün təxminən 3 min nəfər göndərilə bilər, 6-7 min nəfər isə bizdən təsirlənmək ehtimalı olmadan Rusiya ərazisində qalacaq. Eyni fəlakət Çerniqov vilayətində də yaşanır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər