23 May 18:38
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycan və İranla "3+3" formatında sıx əməkdaşlığı hədəfləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Bakı və Tehranla, o cümlədən "Rusiya-Azərbaycan-İran" dialoq formatı, elləcə də "3+3" məsləhətçi regional platforması çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiqik", - Rusiya XİN nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında regional layihələrin inkişafı üzrə potensial görür.

"Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə fəaliyyətimizdə də öz əksini tapıb", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər