23 May 20:44
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi korrupsiya ilə mübarizə aparır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı deyib.

Yüksək rütbəli hərbçilərin həbsinə münasibət bildirən Peskov deyib:

"Bu iş kampaniya deyil, davam edir. Təfərrüatları deyə bilmərəm, səlahiyyətim yoxdur. Burada hər hansı təşviqatdan söhbət gedə bilməz. Bu iş istər federal, istərsə də bələdiyyə səviyyəsində bütün idarələrdə davam edir", - diplomat əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin 2 ay müddətinə həbs olunub. Baş Qərargah rəisinin müavini 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər