24 May 01:28
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Rusiya tərəfindən ilhaq olunmuş Krıma raket zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov özünün "Telegram" kanalında yazıb.

Zərbələr nəticəsində iki nəfər ölüb.

Bildirilib ki, hücum pilotsuz uçuş aparatları və 16 ATACMS raketi ilə həyata keçirilir.

Həmçinin Yalta, Aluşta, Cankoy, Simferopol, Yevpatoriya və Baxçasarayda da partlayış səsləri eşidilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər