24 May 10:17
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində Rusiyada qismən səfərbərliyin yeni dalğası elan oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr bildirir ki, 2022-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putinin 300 min nəfərin səfərbər olunması ilə bağlı fərman imzalaması cəmiyyətdə ciddi etirazlara səbəb olub. Mənbə qeyd edir ki, o vaxtdan bəri Kreml kişiləri müqavilə əsasında orduya cəlb etməyə çalışır. Böyük Britaniyanın Müdafiə Nazirliyinin hesablamasına görə, Rusiya hər ay 30-40 minə yaxın əsgər cəlb edir.

Ağır itkilərə baxmayaraq, Rusiyanın canlı qüvvəsinin sayı müharibənin başladığı vaxtdan 15 faiz çoxdur. Hərbçilərin maaşlarının görünməmiş səviyyəyə qaldırılması vətəndaşları müharibəyə razı salmaqda ciddi rol oynayır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Litvinenko deyir ki, ötən il Rusiya 385 mindən çox əsgər cəlb edib.

Gözlənilir ki, Kreml döyüş meydanında üstünlüyünü qorumaq üçün tezliklə müəyyən edilmiş cəlbetmə strategiyasından kənara çıxmalı ola bilər, bunsuz yeni böyük hücuma başlamaq mümkün deyil.

“Bu ilin sonu - gələn ilin əvvəlində qismən səfərbərliyin yeni dalğası qaçılmaz olacaq”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər