24 May 12:02
2 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Çinlə ittifaqı gücləndirmək siyasətinə sadiqdir. İki ölkə arasında iqtisadi əlaqələr inkişaf etməklə yanaşı, ortaq layihələrin sayı da artıb. Çin yükdaşımalarda Pakistan limanlarından istifadə edir. İslamabad Qvadar limanını Pakistan üçün sabitlik, sülh və firavanlıq simvolu sayır. Çin konteynerləri bu limandan gəmilərə yüklənir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, açılışı 2016-cı ildə edilən liman Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin tərkib hissəsinə daxildir:

“Çin-Pakistan iqtisadi dəhlizinin (CPEC) başlanğıcı kimi qəbul edilən layihəyə böyük ümidlər var. Əsas məqsəd Çinin qərbindəki Sincan əyalətini Pakistan vasitəsilə dənizlə birləşdirməkdir. Bu, Çin üçün ticarət yollarını qısaldacaq və Malayziya ilə Sumatra arasında Hind və Sakit okeanlarını birləşdirən dar su yolu olan mübahisəli Malakka boğazının boğulma nöqtəsindən qurtulmağa kömək edəcək. Pakistan isə Çin tərəfindən maliyyələşdirilən 2000 kilometrlik dəhliz boyunca ticarət, infrastruktur və sənaye artımından faydalanacaq. Artıq qurulmuş Kəraçi limanına əlavə olaraq, dəhlizi qlobal gəmiçilik şəbəkəsinə qoşmaq üçün Qvadar seçilib.

Kiçik balıqçı şəhəri İran sərhədi yaxınlığında, Kəraçidən təxminən 500 kilometr aralıda yerləşir. Qvadar qlobal neft ticarətinin kəsişməsindədir. Buna görə də Qvadarı ikinci Dubaya çevrilə biləcəyini söyləyənlər var. Çin Pakistandakı layihələri maliyyələşdirir. Pekinin layihələrə xərclədiyi pullar yekunda özünə qalır. Demək olar ki. Bu model demək olar ki, bir növ Çin şirkətləri üçün subsidiya rolunu oynayır”.

Mərkəzin ekspertləri bildirirlər ki, Çinlə Pakistan arasında siyasi təmaslar da üst səviyyədədir, iki ölkənin rəsmiləri tez-tez görüşür, fikir mübadiləsi aparırlar:

“Çin xarici işlər naziri Van Yi bir neçə gün əvvəl Pekində pakistanlı həmkarı İshaq Darla görüşüb. Van Yi həmin görüşdə ikitərəfli əlaqələri müzakirə etməklə yanaşı, ABŞ-nin siyasətini sərt tənqid edib. Van Yi ABŞ-nin Çinə qarşı ədalətsiz sanksiyalarının ticarət əlaqələrinə mənfi təsirindən danışıb. Çinli nazir bütün bunları pakistanlı həmkarına ona görə deyib ki, iki ölkə Amerikanın hegemoniyasına qarşı birgə mübarizə aparsın. İslamabad Pekinin strateji tərəfdaşı kimi Çini dəstəkləməyə hazırdır.

Buna baxmayaraq, iki ölkə arasında da zaman-zaman suallar yaranır. Çinin Pakistanda həyata keçirdiyi böyük iqtisadi layihələrdə iştirak edən çinlilərlə yerli əhali arasında ara-sıra toqquşmalar baş verir.

Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin də Pakistanla münasibətlərdə gərginliyi var, sərhəddə silahlı insidentlər olur. Pakistanın özündə də Talibana bağlı qruplar var. Həmin qrupların üzvlərinin çinli işçilərə hücum etmələri barədə xəbərlər yayılır. Halbuki Pekinin Talibanla da sıx dialoqu var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər