24 May 17:43
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin müstəqilliyi heç bir vizaya satılmır, bunun üçün vizadan imtinanı demirəm, biz gürcülər ölümə qədər getmişik.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze deyib.

Onun sözlərinə görə, Gürcüstan öz maraqlarından çıxış edərək müstəqil qərarlar verdiyi və siyasət yürütdüyü üçün şantaj və təhdidlərə məruz qalır:

“Təkcə son üç gündə baş verənlər: Gürcüstanın baş naziri ilə söhbətində Avropa komissarı bizə Slovakiya baş nazirinin taleyinin təkrarlanması ilə bağlı eyham vurdu. Fransa xarici müdaxilənin qarşısını almaq üçün qanun qəbul etdi.

NATO üzvü Türkiyədə də analoji sahəni tənzimləyən qanun layihəsinin irəli sürüldüyü barədə məlumat yayılıb.

ABŞ dövlət katibi öz ölkəsində qüvvədə olan qanundan qat-qat daha loyal qanuna görə bizə qarşı sanksiyalar elan etdi. Bu faktlar hər şeyi deyir.

Gürcüstanın öz maraqlarından çıxış edərək müstəqil qərarlar qəbul etməsinin qarşısını almaq üçün şantaj və təhdid siyasəti davam edir”.

Mdinaradze qeyd edib ki, xalqın seçdiyi parlamentin verdiyi qərarlara görə sanksiyanın tətbiq edilməsi gülüncdür, misli görülməmiş bir şeydir.

“Bir ölkənin müstəqilliyi heç bir viza ilə satın alına bilməz. Bunun üçün vizadan imtinanı demirəm, biz gürcülər ölümə getmişik. Biz gürcülər heç vaxt vətənimizdən, dilimizdən, inancımızdan, adət-ənənələrimizdən, ləyaqətimizdən, ədalətimizdən əl çəkməyəcəyik, bunlarla Avropa ailəsinin tamhüquqlu üzvü olacağıq. Sonda hər kəs kənardan təyin olunmuş hökumətlə deyil, gürcü xalqı və onun seçdiyi hökumətlə danışmalı olacaq”, - fraksiya rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi bundan əvvəl Gürcüstan parlamentində qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə ölkə rəsmilərinə qarşı sanksiya elan edib və onlara vizaların verilməsinin dayandırıldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər