24 May 18:49
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəsizlik məsələləri hər zaman Moskva və Minskin diqqətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən Rusiya-Belarus danışıqlarından sonra bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarus müdafiə təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək: "Energetika Rusiya və Belarus arasında qarşılıqlı fəaliyyətin əsas sahələrindən biridir. Bu sahədə razılaşmalar həyata keçiriləcək. İnvestisiya əməkdaşlığı və yüksək texnologiyalar əməkdaşlığın prioritet istiqamətləri sırasındadır".

Putin əlavə edib ki, sanksiyalar Rusiya üçün müəyyən problemlər yaradır: "Sanksiyalar hiss olunur, lakin inkişaf imkanları da var".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər