24 May 21:08
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz hərbi vasitələrlə Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Lazım olduğu müddətdə dəstək verəcəyik. Amma hər bir qərarı diqqətlə ölçmək lazımdır", - kansler deyib.

Şolz növbəti dəfə Almaniyanın Kiyevə uzaqmənzilli “Taurus” raketləri verə bilməməsinin səbəbini açıqlayıb:

"Bizim məsuliyyətimimiz var: biz Ukraynanın müdafiə mübarizəsini dəstəkləyirik, lakin Rusiya ilə NATO arasında müharibənin eskalasiyasına imkan verməyəcəyik. Bu baş verərsə, təkcə Avropada yox, bütün dünyada nələrin baş verəcəyini ancaq təsəvvür etmək olar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər