25 May 00:07
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İbrahim Rəisinin ölümündən sonra İranın xarici siyasətində dəyişiklik olacağını gözləmirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İbrahim Rəisinin ölümündən sonra İranla münasibətlər barədə fikir bildirərkən deyib.

Putin vurğulayıb ki, xarici siyasətin qurulması Tehranın suveren hüququ və qərarıdır. O, həmçinin İranın böyük regional güc olduğunu və dünya işlərində mühüm rol oynadığını xatırladıb.

"Bu faciədən sonra İran rəhbərliyinin xarici siyasətində, çətin ki, hər hansı dəyişikliklərlə qarşılaşaq", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər