25 May 01:03
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin müdafiə naziri Lloyd Ostin yenidən tibbi yoxlanışdan keçəcək və xəstəxanaya yerləşdiriləcək. Bu, sidik kisəsindəki problemlə əlaqəlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayderin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ostin xəstəxanada planlı, fakültətiv və “minimal invaziv qeyri-cərrahi prosedur”dan keçəcək.

Ostinin sonuncu dəfə xəstəxanaya yerləşdirilməsində olduğu kimi, onun vəzifələrini müavini Ketlin Hiks yerinə yetirəcək.

Bəyanatda diqqətə çatdırılıb ki, fevralın 13-də əvvəlki tibbi prosedur fonunda bildirildiyi kimi, nazirin sidik kisəsi problemi “onun xərçəng diaqnozu ilə əlaqəli deyil”.

Pentaqon əlavə edib ki, artıq Ağ ev və Konqresə müdafiə nazirinin hazırda xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər