25 May 14:41
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volçya çayı boyunca döyüşlər gedir və şəhərin şimal hissəsi ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı deputat Boqdan Tkaçuk deyib.

"Rusiya ordusu çayı keçməyə cəhd ediblər. Amma hələlik buna nail olmayıblar. Ukrayna ordusu əks-hücuma keçir, müdafiə xətlərini saxlayır. Şiddətli döyüşlər davam edir.

Volçansk şəhəri dağıdılır. Bu, rusların çoxdan məlum taktikasıdır. Məhv et, dağıt və sonra yandırılmış ərazi boyunca irəlilə", - deputat bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər