25 May 18:53
5 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması orta dəhlizin və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin effektivliyini artıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin inkişafına müsbət töhfə verəcək. Orta dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla inkişaf etdirilə biləcək yeni layihələrin sayı artacaq. Həmçinin Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsiəldə edilə biləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq",- deyə Abdulkadir Uraloğlu bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər