25 May 18:24
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin fevralında baş verən güclü zəlzələlər nəticəsində Türkiyə iqtisadiyyatı 104 milyard dollar itirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı qeyd edib.

O, təkcə evlərin deyil, istehsalat müəssisələrinin də dağıldığını vurğulayıb. Siyasətçi əlavə edib ki, əsas zərər Türkiyənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna dəyib.

Ötən il fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib və geniş dağıntılara səbəb olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər